Yaşıl divar
Landşaft sektoruna yeni bir anlayış gətirən Canlı divarlar təbiətin texnologiya ilə divarlarda birləşdiyi dekorativ sistemdir. Canlı divarlar estetik və vizuallıqla yanaşı ətraf mühitə bir çox faydalar təqdim edir, adam başına düşən yaşıllıq miqdarını artıraraq, binaların yayda sərinliyini, qışda isə istiliyini təmin edir. Bu isə ekoloji cəhətdən əlverişli və enerjiyə qənaət deməkdir. Canlı divarlarda istifadə olunan bitkilərin havadakı tozu və kiri təmizləməsi nəticəsində ətraf mühitin hava keyfiyyətini artıraraq istilik və səs izolyasını tənzimləyir.
Canlı divarlar məkanınıza gətirdiyi canlılıq və xoş görünüş ilə Sizdə ruh yüksəkliyi yaradacaqdır. Radiyasiya məruz qalan ofislərdə, restoranlarda, otel və alış-veriş mərkəzlərində, yaşayış yerlərində və eləcə də bayır mühitində quraşdırılması mümkün olan Canlı divarlar oksigen baxımından mühit üçün çox əlverişlidir. Canlı divarlar suyu buxara çevirib olduğu mühitə sərinlik gətirir. Tıxac səs-küyünü, ani isti və ya soyuq hava dəyişikliklərinin qarşısını alır. Müxtəlif növ və rəngdə xüsusi bitkilərdən istifadə edərək istənilən dizayn və dekorasiya ilə məkanda xoş abu-hava yaratmaq olar. Seçilən bitkilər ölçü baxımından kiçik kol şəkilli, sarmaşıq, yayılmış və ya dekorativ məqsədlə yetişdirilmiş gül və bitkilər olmalıdır. Təbii ki, müştəri məmnuniyyətini nəzərə alaraq, istək və ehtiyaca görə də bitki seçimləri təşkil etmək olar.
Quraşdırılması olduqca asandır və xüsusi suvarma sistemi ilə Canlı divarların davamlılığını artırmaq olar. Bundan sonrakı mərhələdə düzgün suvarma və gübrələmə ilə canlı divarların uzunömürlülüyünü artırmaq olar. Açıq və ya qapalı məkanın hazırkı dizaynını nəzərə alaraq hazırlanan Canlı divarlar yerləşdiyi məkanda yaratdığı xoş görünüşü və təravəti ilə daha çox diqqət cəlb edəcəkdir. Olduqları məkana bəxş etdikləri təmiz hava, bina və ya divarlarda izolyasiya vəzifəsini yerinə yetirməklə təmin etdiyi enerji qənaəti və yaşıl bitkilərin insan sağlamlığına və ruhuna gətirdiyi faydaların fərqliliyi ilə Canlı divarlar istənilən şaquli divarlara quraşdırıla və tətbiq edilə bilər.
Canlı divarlar şəhər mühitinin getdikcə yayılaraq insanları yaşıllıqlardan uzaqlaşdırmasına qarşı təbiətin davamlılığı üçün yeganə qoruyucudur. Bir sözlə, Canlı divarlar sıxıcı şəhər həyatının təbiətə transformasiyasının ən yaradıcı həllidir.



