Robstep
Robstep - müasir dövr texnologiyasının ən ekonomik nəqliyyat formasıdır. Ətraf mühitə heç bir əks təsiri olmayan Robsteplər elektrik enerjisi ilə işləyir. Yüngül və kompakt dizaynı ilə Robsteplər müasir çox yönlü kiçik nəqliyyat növüdür. Üstünə addım atdığınız andan etibarən iki təkərli Robstep Sizin bədəninizin ağırlıq mərkəzinə uyğunlaşacaqdır. Təbii və təhlükəsiz manevr etmə qabiliyyəti ilə Robsteplər Sizə rahatlıq hissi bəxş edəcək. Robstepi tənzimlənən sürət limiti ilə sıxlıq olan yerlərdə rahat və səssiz idarə edə bilərsiniz. Daxilində quraşdırılan xüsusi sistem Siz sürət həddini aşdığınız zaman xəbərdarlıq siqnalı ilə Sizə yol göstərir.
Müxtəlif rənglərdə mövcud olan Robstep 4 saatlıq Litium batareya vasitəsilə 7-15 km\saat arasında dəyişən sürət ilə idarə edilir. Robstep istifadəsi tıxac stresini azaldacaq və səkilərdə rahatlıqla istifadə etməklə istədiyiniz yerə vaxtında çatmağa şərait yaradacaqdır. Hava limanlarında, böyük anbarlarda, açıq və qapalı məkanlarda istifadə edilməklə şirkət işlərinizi də rahat və tez bir zamanda həll edə bilərsiniz. Sizi istənilən yerə tez bir zamanda çatdırması və portativ olması istifadəçilər üçün ən optimal keyfiyyətidir. Robstep düz yollar və yağışlı havalarda da istifadə edilmək üçün istehsal olunmuşdur, lakin belə hava şəraitində yolun sürüşkənliyini nəzərə alaraq risk alınması istehsalçılar tərəfindən məsləhət görülçür.
Qənaətcil elektrik enerjisi istifadəsi və ətraf mühitə olan qayğısı ilə Robstep istifadəçilərin müasir dövrdə nəqliyyat ehtiyaclarını tam qarşılayır. Sadəcə elektriklə işləyən Robsteplər həm vaxta, həm də cibinizə qənaət edən tam ekoloji nəqliyyat vasitəsidir.


