Park təchizatı

Park təchizatı

Parklar hər bir insanın istənilən zaman istirahətini səmərəli və əyləncəli keçirməsi üçün ən ideal məkandır. Bu baxımdan şəhərsalmada parkların yaradılması və onlara nəzarət ən vacib məsələlərdəndir. Müasir dövrdə parklarda sadəcə abadlıq işinə yox, eyni zamanda park avadanlıqlarının da təchizatı işinə diqqət yetirilir. Ümumi istifadə ünsürünü nəzərə alaraq park təchizatı hər kəs üçün faydalı və yüksək keyfiyyətli məhsullardan ibarət olmalıdır. Parklar açıq məkanlar olduğundan istənilən hava dəyişikliyi və şəraiti üçün bu avadanlıqlar möhkəm, dözümlü və uzunömürlü olmalıdır. Ekoloji amilləri də nəzərə alsaq, qeyd etmək lazımdır ki, park təchizatında ekoloji cəhətdən əlverişli məhsullar seçilməlidir.

Hər bir halda ekoməhsullar ətraf mühitə heç bir ziyan vurmadan, uzunmüddətli istifadə üçün nəzərdə tutulur. Park təchizatının əsasını işıqlandırma, uşaq oyun parkları, tullantı qabları və skamyalar təşkil edir. İşıqlandırma sistemində adətən ekogen lampalardan və uzunmüddətli istifadə üçün dözümlü, möhkəm dirək materiallarından istifadə olunur. Bu şəhərsalmada maliyyə xərclərinin minimuma endirilməsi deməkdir. İstifadə olunan materiallar həm parkın görkəminə, həm də istifadəçilərə xoş təsir bağışlamalıdır. Skamyalar və tullantı qabları park təchizatında ən önəmli məhsullardır. Skamyaların istehsalında istifadə olunan keyfiyyətli material, ölçü və dizaynı istifadə uyğunluğu baxımından xüsusi seçilir.

Parklarda hər bir ehtiyaca cavab verən həm adi, həm də xüsusi tullantı konteynerləri quraşdırılır. Bu konteynerlər təkraremal məhsulları üçün nəzərdə tutulmuş tullantı qabları, siqaret küllüyü qabları və digər tullantılar üçün nəzərdə tutulmuş tullantı qablarıdır. Tullantı qabları da material baxımından xüsusi ilə seçilir. Parkın görkəminə uyğun olaraq seçilən tullantı qabları hava dəyişikliyinə görə əlverişli olan paslanmayan polad və ya dözümlü təkraremal materialı olan poletilendən istehsal olunur. Park təchizatında uşaq oyun parkları ən çox tələb olunan və istifadə olunan məkandır. Uşaqların sağlamlığı baxımdan istifadə olunan materiallar tam təhlükəsiz olmalıdır.

Bu səbəbdən də quraşdırılan avadanlıqlar standartlara cavab verən məhsullardan seçilir və quraşdırılır. Hava şəraiti nəzərə alaraq təchiz olunan oyun parkı avadanlıqları sağlamlığa ziyan vurmayan materiallardan istifadə edilərək istehsal olunur. Tam əminliklə istifadəyə yararlı quraşdırdığımız uşaq oyun parkları dizayn baxımından göz oxşayan və uşaqlar üçün əyləncəli tam təhlükəsiz məkana çevrilir. Bizim təşkil etdiyimiz park təchizatı məhsul və avadanlıqları həm vaxtınıza, həm də cibinizə uyğun gələcəkdir.