Biotualet

Biotualet

Müasir dövrün qarşılaşdığı ekoloji problemlər və sosial amillər innovativ həllərin axtarışına səbəb olub. Bu səbəbdəndir ki, Ecopark MMC portativ sanitariya sənayesi üçün ekoloji cəhətdən əlverişli və səmərəli daşına bilən santexnika məhsulu olan – Biotualetləri təqdim etməyə başladı. Biotualetlər ətraf mühitə heç bir zərər verməyən, təkrar emal edilə bilən, istifadəsi yerindən və olduğu şəraitdən aslı olmayaraq istənilən mühitə uyğunlaşa bilən ekonomik portativ sanitariya məhsuludur. Biotualetlər istehsalında istifadə olunan metal məmulatların normal miqdarda olması baxımından istifadə müddəti bitdikdən sonra asanlıqla sökülüb, yenidən təkrar emal edilə bilər.

Biotualetlər tərkibindəki kimyəvi maddələrin ətraf mühitə ziyan vurmaması üçün hər bir təbəqəni xam maddəllərlə bütünləşdirən xüsusi texnologiya prosesindən keçir. Uzunömürlü və keyfiyyətli həyat standartlarına uyğun gələn Biotualetlər ətraf mühiti qoruyur və xüsusi texnologiyası vasitəsilə tullantıları minimuma endirir.Belə ki, tualet tullantılarının toplanması üçün xüsusi vakkum çənləri və təchiz olunmuş nəqliyyat vasitələri istifadə prosesinin rahat başa çatmasını təmin edəcəkdir. İstifadə olunan su və enerji sərfiyatını azaldan Biotualetlər ilə Siz vaxta və cibinizə qənaət etmiş olursunuz. Biotualetlər UV şüalarına qarşı dözümlüdür, buna görə də təkcə qapalı məkanlarda yox, eyni zamanda açıq məkanlarda da istifadə üçün idealdır.

Biotulaetləri parklar, limanlar, zavodlar, düşərgələr, mədənlər, tikinti əraziləri, yarış meydançaları, festivallar və s. sanitariya istifadəsinə ehtiyac yarana biləcək istənilən yerdə asanlıqla quraşdırmaq olar. Rahat və möhkəm kabinlərin mükəmməl ölçü və çəki nisbəti daşınmanı və idarəetməni asanlaşdırır. Müştərilərin istək və ehtiyaclarına görə Ecopark MMC biotualetlərlə yanaşı, paltar dəyişmə və duş kabinləri də təqdim edir. Bu məhsullar da Biotualetlərlə eyni tərkibə məxsus olub, eyni keyfiyyəti paylaşırlar. Bütün kabinlər istifadəçilərin rahatlığı üçün lazımı bütün sanitariya avadanlıqları və məhsulları ilə təchiz olunub. 

Müştəri məmnuniyyətinə hər zaman önəm verən Ecopark MMC istifadəçilərin rahatlığını və ehtiyaclarını nəzərə alaraq fiziki qüsurlu şəxslər üçün xüsusi kabinlər və ətirli tualet sistemi ilə istehsal olunan biotualetlər də təqdim edir. Ətirlər sifarişçinin istəyinə görə seçilib panellərə yerləşdirilir. Bu isə tualet istifadəsi zamanı istifadəçiləri xoş ətir və komfortla təmin edir. Tərkib məmulatları baxımından hava temperaturu dəyişikliklərindən təsirlənməyən panellər hər bir halda ətir funksiyasını saxlayırlar. Bu isə uzunmüddətli istifadə üçün olduqca əlverişlidir.