İşıqlandırma

İşıqlandırma

Müasir texnologiyanın inkişafı informasiyanın tez və asan ötürücülüyü üçün bir çox həll yolları tapmışdır. Bunlardan biri də işıqlı qutulardır. İşıqlı qutular yerindən aslı olmayaraq, istənilən açıq və ya qapalı məkanlarda reklam və elanları diqqətə çatdırmaq üçün ideal vasitədir. Hər məkana uyğun çərçivə görünüşü və ölçüsü ilə istənilən informasiya, şəkil, poster, afişa və s. daxildə quraşdırılmış LED və ya lümuniset işıqlar vasitəsilə diqqəti asanlıqla cəlb edir. Bu da məlumat ötürücülüyünün artımına səbəb olur. Həm estetik görünüşü, həm də lazım olan reklam və ya elanı diqqət mərkəzinə çatdırmaqla, eyni zamanda vaxt və cibə qənaət etməsi istifadəçilər üçün yararlı bir haldır.

Belə ki, işıq qutularında istifadə olunan və ekoloji cəhətdən enerjiye qənaət edən işıqlandırma lampaları sifarişçinin istəyinə görə seçilir. İşıq qutularını istehsal edərkən istifadə edilən xüsusi meterial təkcə qapalı məkanlarda yox, eyni zamanda açıq məkanlarda da istifadəsini asanlaşdırır. İstifadə olunan material baxımından hava dəyişikliyinə məruz qalmaması işıq qutularını daha uzunömürlü edir. Şəhər memarlığında işıqlandırma sisteminin əsasını məhz işıq dirəkləri təşkil edir. İşıq dirəkləri material, dizayn və ölçü müxtəlifliyi ilə yerləşdiyi mühiti işıqlandırmaqla yanaşı, həm də həmin mühitə xoş görünüş bəxş edir. İşıqlandırma zamanı daha çox ekoloji cəhətdən enerjiyə qənaət edən lampalara üstünlük verilir.

Unikal görünüşlü işıq dirəkləri led və ya lümuniset işıq lampaları vasitəsilə olduğu mühitə kifayət qədər aydınlıq gətirərək, eyni zamanda enerji sərfiyyatını da azaldır. Bu isə şəhər iqtisadiyyatında büdcəyə qənaət etməyə imkan verir. Fərqli model və üslubda dizayn edilmiş işıq dirəklərini parklar, yollar, restoran və şirkət binalarının qarşısı və s. işıqlandırmaya ehtiyac olan istənilən yerdə quraşdırmaq mümkündür. Quraşdırılacağı məkana görə hava şərtlərini nəzərə alaraq işıqlandırma dirəkləri polad və ya paslanmayan dəmir materialdan hazırlanır. Bu işıqlandırma sistemində istifadə olunan yüksək keyfiyyətli material hava dəyişikliyinə məruz qalmır, bu da istifadə olunan məhsulun uzunömürlülüyünü və dözümlüyünü artırır.

Mütəxəssislər ekoloji və iqtisadi çətinliklər yaşayan, eləcə də inkişaf edən şəhərlərdə artıq təbii enerji mənbəyi ilə çalışan işıqlandırma sistemlərinə üstünlük verməyi məsləhət görürlər. Bu səbəbdəndir ki, artıq günəş enerjisi ilə işləyən panelli xüsusi işıq lampaları istehsal olunmağa başlayıb. Bu isə büdcəyə maksimum qənaət deməkdir.