Bİz nə edİrİk?

Yaşıl divar

Ekologiya üçün lazım olan yaşıllıq, iç və ya çöl divarlarında quraşdırılan, şəhərə və binalara gözəllik verən, insan üçün lazımlı oksigeni sintez edən canlı, yaşıl divarlar.

Bio Tualet

Armal tualetləri illərin istehsal təcrübəsinin bəhrəsi olmaqla, portativ sanitariya sənayesindəki inkişafın göstəricisidir.Bizim məhsullar ultrabənövşəyi şüalara qarşı dözümlüdür.

Robstep

Ekologiyaya heç bir zərəri olmayan, qaz buraxmadan elektrik enerjisi ilə işləyən nəqliyyat formasıdır. Robstep maşının yük gövdəsinə rahatlıqla yerləşdirilə bilər. 

İş prosesİmİz

  • Sifarişçi ilə görüş

  • Sifarişçinin istəkləri

  • Təklif

  • Sifarişin yerinə yetirilməsi

Ecopark olaraq xidmət etdiyimiz məhsul bazarında təqdim etdiyimiz yeniliklərlə sifarişçi ehtiyaclarını həll etmək ən əsas məqsədimizdir. Hədəfimiz işimizi sifarişçilərdən gələn bütün bildirişləri sistemli və düzgün bir şəkildə dəyərləndirib, sifarişçi məmnuniyyətini artırmaq üçün gələcəkdə də əməkdaşlıq etməyimizə imkan verəcək şəkildə idarə etməkdir. İstər ofis daxili, istərsə də sifarişçinin istəyinə görə seçilən məkanda təşkil etdiyimiz görüşlərdə hazırladığımız təqdimat əsas etibarı ilə sifarişçilərin diqqətini ekoloji cəhətdən yüksək keyfiyyətli məhsullarımız cəlb edir. Bu isə təklif etdiyimiz məhsul və avadanlıqlarla şirkətlərin vaxta və ciblərinə qənaət edərək qazanc əldə etmələrinə, bizim isə müxtəlif şirkətlərlə əməkdaşlıq portfoliomuzun genişlənməsinə səbəb olur. Biz sifarişçilərimizə məhsul satışı, tətbiqi və ya istifadə mərhələsində xidmət və keyfiyyət fərqimizi hiss etdirmək üçün çalışırıq.
Ecopark olaraq, əsas diqqətimiz sifarişçinin istəklərini nəzərə alıb, ehtiyaclara görə lazım olan məhsulu təmin etməkdir. Sifarişçilər daim onlar üçün ekonomik olan keyfiyyətli məhsul axtarışında olur. Bu səbəbdən biz öncəliklə təklif etdiyimiz məhsul və avadanlıqların bu standartlara cavab verməsinə diqqət edirik. Bizim məhsullar ekoloji cəhətdən də tam təminatlı məhsul olduqları üçün müasir dövrdə hər bir şirkətin istək və ehtiyaclarına tam uyğun gəlir. Sifarişçilərimizin məmnuniyyəti və əməkdaşlığımızın davamlılığı üçün biz bütün məhsul və avadanlıqlarımıza zəmanət veririk.
Sifarişçilərin istək və ehtiyaclarını qarşılamaq üçün təklif etdiyimiz hər bir məhsul və avadanlığın xüsusi təklif forması vardır. Bu təklif forması ilə müştəri üçün ən uyğun və münasib qiymətləndirmə hazırlanır. Sifarişçinin istəyi və ehtiyacına görə hazırlanan təklif forması maliyyə cəhətdən ekonomik olmalıdır. Sifarişçilərimizə təklif etdiyimiz məhsul və avadanlıqların istehsal prosesində maddi və mənəvi itiklərə yol verilməməsi üçün biz təklif formasını tam aydın və düzgün tərtib etməyə çalışırıq. Təklif formamız təklif etdiyimiz məhsul və ya avadanlığın adını, tipik xüsusiyyətlərini, istehsal ölkəsini, qiymət və ölçüsünü əhatə etməklə hazırlanır. Biz dəyər verdiyimiz hər bir sifarişçiyə fərdi yanaşaraq, təklif formamızı 3 dildə, azərbaycan, rus və ingilis dilində hazırlayırıq. Bu isə bizim peşəkarlığımızın göstəricisidir.
Sifariş edilən məhsul və ya avadanlığın ən uğurlu və diqqət olunması lazım olan mərhələsi istehsal prosesi və düzgün şəkildə çatdırılmasıdır. İşin hesablanma və qeyd olunan tarixdə sifarişçiyə çatdırılması üçün  bizim bu mərhələ ilə məşğul olan kifayət qədər professional mütəxəssislərimiz var. Sifarişi qəbul etdiyimiz andan etibarən son tarixə kimi, hər bir mərhələni hesablayır, planlı şəkildə sifarişin yerinə yetirilib çatdırılmasına mütəmadi olaraq nəzarət edirik. Vaxtında bitirilib təslim edilməyən işlər həm sifarişçi, həm də alıcı üçün maddi itkilərə səbəb ola bilər. Biz bu mənfi halların baş verməməsi üçün səylə çalışırıq.
© Copyright 2o15-2o17 Ecopark | Powered by: iWeb agency