Noosh restoranı yaşıl divar


Noosh restoranı yaşıl divar

Azərbaycanın aparıcı şirkətlərindən olan Beat Group idarə etdiyi Noosh Restoranının interyer dizaynındakı dəyişikliklər üçün 2015-ci ildə Ecopark MMC-yə müraciət etmişdir. Bununla da ilk Biotekstura layihəmiz Noosh Restoranının divarını bəzəyən yaşıl divar oldu. Digər yaşıl fasadlardan fərqlənən və xüsusi kök bitki sistemi vasitəsilə divarlara bərkidilib quraşdırılan yaşıl divarda xüsusi üsul ilə yetişdirilən 1000-ə yaxın müxtəlif növ və rəngdə bitkidən istifadə olunmuşdur. Çoxillik, çiçəkləyən, çiçəkləməyən, kölgəsevər, işıqsevər, tezyetişən və s. xüsusiyyət seçimləri ilə xüsusi yetişdirilən bitkilər dekorativ məqsədlə çoxaldılmış, ölçü baxımından kiçik gül, kol şəkilli, sarmaşıq və yayılmış, kol və ya cırtdan ağac formasında olur. Ümumilikdə 9 m2-lik divarda quraşdırılan yaşıl divar bəxş etdiyi xüsusi dizayn və dekorasiyası ilə məkanda xoş abu-hava yaratmışdır. Bu divarda istifadə olunan bitkilər havadakı tozu və kiri təmizləməsi nəticəsində ətraf mühitin hava keyfiyyətini artırır, istilik və səs izolyasını tənzimləyir. Yaşıl divara tətbiq edilən bitkilərin uzunömürlülüyü üçün Ecopark MMC bitkilərə xüsusi qulluq və qayğı xidmətini də təqdim etmişdir.

Ümumiyyətlə, yaşıl divarlar estetik və vizuallıqla yanaşı, quraşdırıldığı ətraf mühitə bir çox faydalar təqdim edir, adam başına düşən yaşıllıq miqdarını artıraraq, binaların yayda sərinliyini, qışda isə istiliyini təmin edir. Həmçinin bu yaşıl divarlar minimum qayğı və zaman tələb edir. Bitkilərin şaquli vəziyyətdə inkişaf etməsi üçün kifayət qədər su və qida ehtiyacını təmin edərək, damcılatma üsulu suvarma proqramı ilə su israfına da maksimum qənaət edir. Bu isə ekoloji cəhətdən əlverişli və enerjiyə qənaət deməkdir. Yaşıl divarlar oksigen baxımından mühit üçün çox əlverişli olub, suyu buxara çevirərək olduğu mühitə sərinlik gətirir, ani isti və ya soyuq hava dəyişikliklərinin qarşısını alır. Göz oxşayan görüntüsü ilə ətraf mühiti günəşin zərərli şüalarından, zəhərli maddələrdən və pis qoxulardan qoruyur. Yaşıl divarların ətraf mühit və insanlar üçün ekoloji cəhətdən əhəmiyyətli olduqları psixoloji və fizioloji cəhətdən təsdiq edilmişdir. Olduqları məkana bəxş etdikləri təmiz hava, bina və ya divarlarda izolyasiya vəzifəsini yerinə yetirməklə təmin etdiyi enerji qənaəti və yaşıl bitkilərin insan sağlamlığına və ruhuna gətirdiyi faydaların fərqliliyi ilə yaşıl divarlar istənilən şaquli divarlara quraşdırıla və tətbiq edilə bilər.