Bakı 2015 Avropa Oyunları

Bakı 2015 Avropa Oyunları


Bakı 2015 Avropa Oyunları 12-28 İyun 2015-ci il tarixində çoxsaylı idman növləri üzrə baş tutan maraqlı və innovativ yarışlar və qələbələri ilə yadda qaldı. 17 gün ərzində davam edən multi-idman yarışları beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Azərbaycan tarixdə ilk belə tədbirə ev sahibliyi etməklə dünya ictimaiyyəti qarşısındakı mövqeyini daha da möhkəmləndirdi, müstəqil və güclü bir ölkə olduğunu sübut etdi. Avropa Oyunları çərçivəsində əməkdaşlıq edən şirkətlərdən biri də Ecopark MMC olmuşdur. Belə ki, Ecopark MMC portativ sanitariya sənayesi üçün ekoloji cəhətdən əlverişli və səmərəli daşına bilən santexnika məhsulu olan – biotualetləri təqdim etmişdir. Əməkdaşlıq nəticəsində şirkətimiz 20 gün boyunca Bakı şəhəri üzrə yarışların keçirildiyi 8 stadionu və eləcə də, Mingəçevir şəhərində təşkil olunan avarçəkmə yarışının keçirildiyi Su anbarını uzunömürlü və keyfiyyətli həyat standartlarına uyğun gələn biotualetlər ilə təmin etmişdir. Ətraf mühiti qoruyan və xüsusi texnologiyası vasitəsilə tullantıları minimuma endirən biotualetlər həm işçilər, həm könüllülər, həm də gələn qonaqların istifadəsinə verilmişdir.

Gərgin və istənilən iş şəraitində bütün ehtiyacları qarşılayan biotualetlər istifadəçilərin rahatlığı üçün lazımlı bütün sanitariya avadanlıqları və məhsulları ilə təchiz olunmuşdur. Avropa Oyunlarında biotualetlərlə yanaşı, Ecopark MMC həmçinin təmizlik xidməti də göstərmişdir. Belə ki, biotualetlərin təmizlənməsi, xüsusi dərman preparatları və təmizlik məhsulları ilə təmin edilməsi, bir sözlə, bütün gigiyena və sanitariya təchizatı üçün tam professional təmizlik xidməti təqdim etmişdir. Ətraf mühitə heç bir zərər verməyən, təkrar emal edilə bilən, istifadəsi yerindən və olduğu şəraitdən aslı olmayaraq istənilən mühitə uyğunlaşa bilən biotualetlər Ecopark MMC -nin ekonomik portativ sanitariya məhsuludur.