Bakı Şəhər Halqası Formula 1
17-19 İyun 2016-cı il tarixində Azərbaycan daha bir böyükmiqyaslı yarışlara - "Avropa Qran Pri Bakı" adı altında keçirilən "Formula-1" yarışlarına ev sahibliyi etdi. Minlərlə insan Formula 1-in yeni vətəni Azərbaycana gələrək təntənəli açılış mərasiminə və sürət həddinin 360 km/saatı ötdüyü son dərəcə maraqlı keçən yarışa tamaşa etdi. Beləliklə, Bakı Şəhər Halqası dünyada ən sürətli şəhər treki olduğunu təsdiq etdi. Niko Rosberq Azərbaycanın paytaxtı Bakıda bu il ilk dəfə təşkil olunan Formula 1 Avropa Qran Prisində hamından üstün nəticə göstərərək, dünya çempionatındakı liderliyini qoruyub saxlamağa müvəffəq oldu. FİA Formula 1 Dünya Çempionatının ən yeni mərhələsində yarış həyəcanı yenidən şəhər trekinə geri döndü və bu həftə sonu dünyanın ən məşhur pilotları Azərbaycana – Odlar Yurdu kimi tanınan ölkəmizə təşrif buyurdu. Ecopark MMC “Formula-1 Avropa Qran Pri”-sinin Azərbaycandakı promouteri – Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əməkdaşlıq edərək, ekoloji cəhətdən əlverişli və səmərəli daşına bilən santexnika məhsulu olan – biotualetləri təqdim etmişdir. Əməkdaşlıq nəticəsində Ecopark MMC tədbir müddətində Bakı şəhəri üzrə yarışın keçirildiyi yol halqasını öncədən müəyyənləşmiş yerlərdə uzunömürlü və keyfiyyətli həyat standartlarına uyğun gələn biotualetlər ilə təmin etmişdir.
Yarışların keçirildiyi trans yol halqasının 6 müxtəlif sektorunda quraşdırılmış 240 ədəd biotualet və 35 ədəd uzunluğu 6 və 12 m olan dəmir konteyner tualet daxili qoşunların, marşalların və mühafizəçilərin istifadəsinə verilmişdir. Bütün biotualet kabinləri istifadəçilərin rahatlığı üçün lazımı bütün sanitariya avadanlıqları və məhsulları ilə təchiz olunmuşdur. İstifadəçilərin məmnuniyyətinə hər zaman önəm verən Ecopark MMC bu dəfə də istifadəçilərin rahatlığını və ehtiyaclarını nəzərə alaraq fiziki qüsurlu şəxsləri biotualet kabinləri ilə təmin etmişdir. Ecopark MMC təkcə biotualetlərin təmin olunmasını deyil, eyni zamanda istifadə sonrası təmizlik xidmətinin göstərilməsi və dezinfiksiya xidmətini də öz üzərinə götürmüşdür. Belə ki, biotualetlərin təmizlənməsi, xüsusi dərman preparatları və təmizlik məhsulları ilə təmin edilməsi, bir sözlə, bütün gigiyena və sanitariya təchizatı üçün tam professional təmizlik xidməti təqdim etmişdir. Tualet tullantılarının toplanması üçün xüsusi vakkum çənləri və istifadə prosesinin rahat başa çatmasını təmin edən təchiz olunmuş xüsusi nəqliyyat vasitələri Ecopark MMC tərəfindən təqdim olunmuşdur.
Uzunömürlü və keyfiyyətli həyat standartlarına uyğun gələn, ətraf mühiti qoruyan və xüsusi texnologiyası vasitəsilə tullantıları minimuma endirən Biotualet portartiv sanitariya məhsulu yarış ərzində bütün istifadəçilərin tam rahatlığı üçün təsis edilmişdir. Qeyd etmək lazımdır ki, ətraf mühitə heç bir zərər verməyən, təkrar emal edilə bilən, istifadəsi yerindən və olduğu şəraitdən aslı olmayaraq istənilən mühitə uyğunlaşa bilən biotualetlər Ecopark MMC -nin ekonomik portativ sanitariya məhsuludur. Bu layihəni uğurla tamamlayan Ecopark MMC bundan sonrakı 4 il ərzində keçiriləcək yarışlarda iştirakını planlaşdırır.


