Avtovağzal metro stansiyası

Avtovağzal metro stansiyası

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 Aprel 2016-cı ildə Bakı Metropoliteninin yeni - bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının açılışında iştirak edib. “Avtovağzal” stansiyasının ətrafında geniş abadlıq və quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksinə metro xəttinin çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə metronun “Nəsimi” stansiyasının açılışı zamanı vermişdi. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov dövlətimizin başçısına Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi barədə məlumat verdi. Konseptual inkişaf sxemi Bakı Metropoliteninin mövcud infrastrukturunun 2030-cu ilə kimi mərhələlərlə genişləndirilməsini və nəhəng yeraltı nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da Bakı Metropoliteninin gələcəkdə 2-si mövcud və 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət ümumi şəbəkəsinin yaradılması deməkdir. Tikintisinə 2009-cu ilin sentyabr ayında başlanılan stansiyanın layihə işləri “Bakımetrolayihə” İnstitutu tərəfindən yerinə yetirilib. Layihəyə əsasən, “Avtovağzal” stansiyası platformadan, 2 vestibüldən, 8 çıxışdan, havalandırma keçidindən, vestibüllərin üzərində quraşdırılmış 2 piramidadan ibarətdir.

Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Yeni xətdə yaradılan “Avtovağzal” stansiyasının platformasının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda isə 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada xüsusi lift quraşdırılıb. “Avtovağzal” stansiyasinin mənzil tunellərinin layihə işləri dünyanın aparıcı şirkətləri, təmir-tikinti işləri isə Ecopark MMC tərəfindən həyata keçirilib. Tunellərin inşası üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podratçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı, tunellərarası 8 təxliyyə keçidi və 2 havalandırma şaxtası inşa edilib. Təmir-tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilən stansiya ən müasir tələblərə cavab verir. Stansiyanın inşası zamanı əsasən yerli xammaldan istifadə olunub. Şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların açılması, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər son illər ardıcıl olaraq həyata keçirilir ki, bu da metro nəqliyyatında keyfiyyətin yüksəldilməsi ilə nəticələnib.

Ecopark MMC “Avtovağzal” metro stansiyasında daxili və xarici işıqlandırma ilə yanaşı, həmçinin mebel təchizatını da uğurla həyata keçirmişdir. Ecopark MMC ümumi uzunluğu 560 metr olan platformanın işıqlandırılması zamanı xüsusi naxışlı led panellərdən istifadə etmişdir. Sərnişinlərin rahatlığını nəzərə alan Ecopark MMC platformanın mebel təchizatında yüksək keyfiyyətli İspaniya istehsalı olan gözləmə oturacaqlarından istifadə etmişdir. Bundan əlavə Ecopark MMC vestibüllərin üzərində quraşdırılmış iki piramidanın xarici işıqlandırma sistemini də uğurla həyata keçirmişdir. Hal-hazırda metronun Elmlər Akademiyası stansiyasında aparılan təmir və yenidən qurma işlərində Ecopark MMC-nin rolu böyükdür